July 20, 2026
Task 2 -> OSINT Techniques (Google Dorking)
Giriş
By Gunay Safarzadeh
1 min read
Giriş
Bu məqalədə TryHackMe platformasında yerləşən Google Dorking otağını yerinə yetirərkən icra etdiyim addımlar təqdim olunur. Laboratoriyanın əsas məqsədi Google axtarış sisteminin xüsusi operatorlarından (Google Dorks) istifadə etməklə açıq mənbələrdən (OSINT) məlumat toplamağı öyrənməkdir. Bu üsul kibertəhlükəsizlik sahəsində hədəf haqqında açıq məlumatların aşkar edilməsində geniş istifadə olunur.
Laboratoriya mühiti
Bu laboratoriya TryHackMe platformasında həyata keçirilmişdir. Hücum sistemi kimi Kali Linux 2026.1 virtual maşınından istifadə olunmuş və sistem OpenVPN vasitəsilə TryHackMe şəbəkəsinə qoşulmuşdur.
Platforma:_ TryHackMe_
Əməliyyat sistemi:_ Kali Linux 2026.1_
Brauzer:_ Google Chrome_
VPN:_ OpenVPN_
Google Dorking nədir?
Google Dorking (Google Hacking) Google axtarış sisteminin xüsusi operatorlarından istifadə edərək adi istifadəçilərin görə bilmədiyi məlumatları tapmaq üsuludur. Bu metod OSINT mərhələsində istifadə olunur və yalnız internetdə artıq açıq şəkildə yerləşən məlumatları axtarır.