July 31, 2026
Cache Me Outside | TryHackMe
Salam bu gün OSİNT Room işləyəcəm.
By Tabrizabuzarov
2 min read
Roomda bir hekayə deyilir bir zamanlar hacker işləyən sonra pensiyaya çixan bir şəxs barədə danışılır.
Onun haqqında məlumatlar əldə etməliyəm.
Burda Linux və ya başqa ƏS işə salmaq lazım deyil.
Roomda bir yazışmanın şəkili verilib, ordan mən OSİNT axtarış başlamalıyam.
Burda mənim gözümə "kommot" adlı bir URL görsənir, ona keçid edəcəm.
Və burda artıq bu şəxsin adını öyrənirəm.
Cavab: Jim Lee
Və orda Github URL var, ona keçid edirəm.
Və burda Readme.md faylı var ona baxım.
İnitial commit keçid edirəm.
Və burda bir şey görsənmir. Lakin Github cookie baxsam nəsə tapa bilərəm.
Bunun üçün URL sonuna .patch yazıram.
Və burda Jim'in e-mail ünvanını öyrəndim.
Cavab: jimleepro1@gmail.com
Daha sonra çox vaxt keçirdim, çox üsullara baxdım ancaq irələyiş edə bilmirdim.
Cavabı, üsullunu öyrənəndə həm güldüm həm də ağladım.
Çünki çox asan imiş.
Sadəcə həmin e-mail mesaj göndərməliydim.
Və avtomatik cavab gəldi, nömrəsi ilə birlikdə.
Cavab: +40 743 321 239
Daha sonra onun nikneym ilə Google axtarış edəcəm
Və görürəm ki Threads sosial şəbəkə hesabı var, ona keçid edirəm.
Və burda bu şəkildə "irigatii.ro" yazısı gözümə dəydi.
onu axtarışa verib, lokasiyanı öyrənirəm.
Və lokasiyanı tapdım.
Jim "Timișoara" şəhərində Ruminiyada yaşayır.
Cavab: Timişoara
Daha sonra yaxında yerləşən tramvay stansiyasını tapmalıyam, hansı ki yanında fransız supermarketi var.
Daha sonra googleda bunu yazıram
French supermarket near Calea Buziașului, Timișoara, Romania
Və tapıldı, "Auchan" supermarket, və yanında bir tramvay stansiyası var.
Cavab: Piața Gheorghe Domășneanu
Çox maraqlı idi, ən çətini nömrəni tapmaq idi. ancaq yenədə OSİNT üçün gözəl məşq oldu.
Uğurlar!